Həsən Həsənovun atası dünyasını dəyişdi

Sosial
18 Haz 2022
07:44
2014-cü ilin iyulunda Kəlbəcərdə ermənilər tərəfindən qətlə yetirilən Həsən Həsənovun atası Fərman Həsənov vəfat edib.

Bu barədə “zirvetv.az”a ailənin yaxınları bildirib.
Qeyd edək ki, Həsən Həsənov 8 il öncə Dilqəm Əsgərov və Şahbaz Quliyevlə birlikdə Kəlbəcərə yaxınlarının məzarını ziyarət etmək üçün gedərkən girov götürülüb. Həsən Həsənov girov götürüldükdən bir neçə gün sonra ermənilər tərəfindən vəhşicəsinə öldürülüb. Mərhumun nəşi 2 oktyabr 2014-cü il tarixdə düşmən tərəfdən alınıb. Dilqəm Əsgərov və Şahbaz Quliyev isə Vətən müharibəsindən sonra erməni əsirliyindən azad edilib