Şəhid övladları məzun oldu

Sosial
14 Haz 2022
11:14
Bu gün Vətən Müharibəsində şəhid olan baş gizir Yasən Əhmədovun oğlu Yelmar Əhmədli, baş leytenant Mətləb Cəfərovun oğlu Hüseyn Cəfərov, baş gizir İntiqam Abbasovun oğlu Əli Abbasov məzun olur.

“zirvetv.az ” xəbər verir ki, bu barədə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyi məlumat yayıb.

Qeyd edək ki, Azərbaycan Ordusunun baş giziri olan Yasən Əhmədov oktyabrın 9-da Talış döyüşləri zamanı ağır yaralanıb və 14 gün koma vəziyyətində qaldıqdan sonra oktyabrın 23-də şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamıları ilə baş gizir Yasən Əhmədov ölümündən sonra “Vətən uğrunda”, “Cəsur döyüşçü”, “Suqovuşanın azad olunmasına görə” medalları və “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Baş leytenant Mətləb Cəfərov Qubadlının azadlığı uğrunda gedən döyüşlərdə yaralansa da, 18 gün koma vəziyyətində qaldıqdan sonra 20 noyabr 2020-ci ildə müalicə aldığı xəstəxanada şəhidlik zirvəsinə yüksəlib.

Prezident İlham Əliyevin müvafiq sərəncamıları ilə baş leytenant Mətləb Cəfərov ölümündən sonra “Vətən uğrunda”, “İgidliyə görə”, “Şuşanın azad olunmasına görə” medalları ilə təltif edilib.



Baş gizir İntiqam Abbasov Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə 29 sentyabr 2020-ci ildə şəhid olub.

Prezident İlham Əliyevin müvafiq sərəncamıları ilə baş gizir İntiqam Abbasov “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, “Hərbi xidmətlərə görə” medalları ilə təltif edilib.