Nəsir Əhmədli dəfn olundu

Sosial
8 Haz 2022
14:44
Ötən gün dünyasını dəyişən Bakı Dövlət Universitetinin (BDU) Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru Nəsir Əhmədli dəfn edilib.

“zirvetv.az ” xəbər verir ki, uzunsürən xəstəlik (ağciyər xərçəngi) səbəbindən vəfat edən tanınmış jurnalist doğulduğu Tovuzun Alakol kəndinin qəbiristanlığında torpağa tapşırılıb.

Qeyd edək ki, Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 2004-cü ildən Beynəlxalq Jurnalistika kafedrasında çalışıb.

Ötən ay BDU-da onun 80 illik yubileyi qeyd edilib.