Cəlal Qurbanov atdan belə yıxılıb

Sosial
6 Haz 2022
09:03
Nəğməkar-şair Cəlal Qurbanovun Novxanıda atdan yıxılaraq xəsarət almasının görüntüləri yayılıb.

“zirvetv.az” xəbər verir ki, kadrlardan göründüyü kimi, hadisə itlərin Qurbanovun atına hücum etməsi nəticəsində baş verib. At büdrədiyindən şairi yerə çırpıb.

Qeyd edək, C.Qurbanov hazırda paytaxt xəstəxanalarının birində reanimasiya şöbəsindədir, vəziyyəti ağır qiymətləndirilir