Ağacdan yıxılan qadın ağır xəsarət aldı
Gilas ağacından yıxılan qadın ağır xəsarət alıb.
“zirvetv.az_ın məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala rayonunun Qımır kəndində baş verib.
Belə ki, Zaqatala şəhər sakini, 1973-cü il təvəllüdlü Əsədova Rəxşən Rəsul qızı yaşadığı evin həyətində gilas yığan zaman ağacdan yıxılıb və ağır xəsarətlər alıb.
Rəxşən Əsədova yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Həkimlər onun vəziyyəti nəzərə alaraq müayinə və müalicəsini davam etdirmək üçün Bakı şəhərindəki xəstəxanalardan birinə göndəribər.