Daha bir şəhid bulağı əbədi olaraq Vətən sevgisi ilə axacaq…

Sosial
12 May 2022
18:42

44 günlük Vətən müharibəsində şəhid olan Ruslan Hüseynovun xatirəsinə Beyləqanda tikilən xatirə bulağı istifadəyə verilib.

Açılış mərasimində Azərbaycan Respublikasinın Mili Məclisin deputatı Ceyhun Məmmədov da iştirak edib. O, tədbir əsnasında şəhid ailələri ilə həmsöhbət olub, onları düşünüdürən məsələləri dinləyib.

Cəbrayıl Rayon İcra Hakimiyyətinin başçısı Kamil Həsənov da tədbir iştirakçıları arasında olub. Eləcə də, Beyləqan və Cəbrayıl Rayon İcra Hakimiyyətlərinin əməkdaşları, yerli idarəetmə orqanlarının üzvləri,
“Qarabağ qazisi və Şəhid ailəsi” İctmai birliyinin sədri Tahir Məmmədov və yerli sakinlər, həmçinin şəhidin döyüş yoldaşları tədbir iştirakçıları arasında olub. Çıxış edənlər şəhid Ruslan Hüseynovun əsgər kimi şəxsi keyfiyyətlərindən, qorxmazlığından, döyüş yolundan danışıblar.

Rayonun Araz və Bahar kənd tam orta məktəblərinin müəllim və şagird kollekti də anım mərasimində iştirakçı olub. Şagirdlər vətənpərvərlik şeirləri səsləndirib, Vətənpərvərlik və qəhrəmanlıq mövzusunda ədəbi-bədii kompozisiya ilə çıxış ediblər.
Şəhid Ruslan Hüseynovun atası Vəli Hüseynov xalqımız tərəfindən şəhidlərimizin xatirəsinə bəslənən ehtiramı yüksək qiymətləndirərək deyib ki, şəhid ailələri üçün onlara göstərilən münasibət çox böyük əhəmiyyət kəsb edir.