Aparıcının efirdə Əhməd Cavadla bağlı sualı gündəm oldu

Sosial
5 May 2022
23:06
ARB-nin bu gün canlı yayımlanan “Xəbər-ətər” proqramında aparıcı Zümrüd Bədəlovanın sualı gündəm olub.

“zirvetv.az ” xəbər verir ki, milli istiqlal şairimiz Əhməd Cavadın 130 illik yubileyi çərçivəsində təşkil olunan proqramın qonağı onun nəvəsi Anar Axundzadə olub.

Aparıcı Anar Axundzadəyə “Babanızı görmüsünüzmü” sualını ünvanlayıb. O isə təəccübünü gizlədə bilməyib və “Babam 37-ci ildə güllələnib” deyib.

Aparıcının məlumatsızlığı sosial şəbəkələrdə müzakirələrə səbəb olub.

: