İntihar edən Xumarı xilas etməyə çalışan kişinin vəziyyəti necədir?
Xəbər verdiyimiz kimi, ötən gün Xətai rayonunda 17 yaşlı Xumar Babayeva özünü yaşadığı 7-ci mərtəbədəki mənzildən atıb.
Bu zaman yeniyetmə qız onu xilas etməyə çalışan, binanın qarşısında dayanmış 38 yaşlı Zahid Niyazovun üstünə düşüb və o, yaralanıb.
Z.Niyazovun vəziyyəti ilə bağlı TƏBİB-ə sorğu ünvanladıq. Qurumdan “zirvetv.az_a"bildirilib ki, onun vəziyyəti stabildir: “Z. Niyazov 3 saylı Şəhər Klinik Xəstəxanasına gətirilib. Onun vəziyyəti stabil olaraq qiymətləndirilib. Ailəsinin iltizamnaməsi ilə özəl xəstəxanalardan birinə aparılıb”.
Qeyd edək ki, X. Babayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb.