Azərbaycanlı kişi Türkiyədə parkda arvadını güllələdi

Sosial
22 Nis 2022
08:28
Türkiyədə azərbaycanlı kişi boşanmaq üzrə olduğu arvadını güllələyib.

“zirvetv.az ” “CNN Türk”ə istinadən xəbər verir ki, hadisə ötən gecə Trabzonun Ortahisar rayonundan baş verib.

Məlumata görə, 34 yaşlı Elvin Umayev həyat yoldaşı, 38 yaşlı Turanə Umayeva ilə uşaqlarının ona göstərilməməsinə görə mübahisə edib. Bu zaman əlini silaha atan Elvin, belindən çıxardığı tapança ilə Turanənin başından atəş açıb. Qadın hadisə yerində ölüb. Həmin an təhlükəsizlik kamerası tərəfindən lentə alınıb.

Arvadını öldürən Elvin, polisə təslim olub.

Qeyd olunur ki, Elvin Umayev 10 il əvvəl Azərbaycanda həbsxanaya düşüb, 4 ay öncə isə azadlığa çıxıb.