Ombudsman 16 yaşlı qızın ana olması məsələsini nəzarətə götürdü

Sosial
18 Nis 2022
18:12
Bakı şəhəri Xəzər rayon sakini olan yetkinlik yaşına çatmayan qızın uşaq dünyaya gətirməsi ilə bağlı kütləvi informasiya vasitələrində yayılmış məlumat Ombudsman tərəfindən araşdırılır.

Bu barədə “zirvetv.az_a"Ombudsman Aparatından məlumat verilib.

Məsələ ilə bağlı Ombudsman Aparatının əməkdaşları tərəfindən Sabunçu Tibb Mərkəzi, Bakı şəhəri Xəzər Rayon Polis İdarəsi, həmçinin qızın ailə üzvü ilə əlaqə saxlanılıb. Aparılmış ilkin araşdırmaya əsasən, ananın və uşağın vəziyyətinin qənaətbəxş olduğu məlum olub.

Hazırda faktla bağlı Xəzər Rayon Polis İdarəsində araşdırma aparılır və məsələ Ombudsmanın nəzarətindədir.

Həmçinin oxuyun: Bakıda 16 yaşlı qız ana oldu