Müdafiə Nazirliyi məlumat yaydı

Sosial
18 Nis 2022
05:15
Azərbaycan Ordusunun bölmələri tərəfindən istismar müddəti başa çatmış və istifadəyə yararsız olan döyüş sursatlarının təhlükəsizlik tədbirlərinə əməl olunmaqla planlı şəkildə utilizasiyası davam etdirilir”.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

“Məlumat üçün bildiririk ki, döyüş sursatlarının utilizasiya prosesi 18.04.2022-ci il tarixdən 23.04.2022-ci il tarixədək Seyfəli poliqonunda həyata keçiriləcək.
Aparılan partlayış işləri ilə əlaqədar ictimaiyyətə mütəmadi məlumat veriləcək” - MN-in açıqlamasında qeyd olunur.