Hüseynlə görüşdə biabırçılıq - Fanatları qayışla vurdular
Xəbər verdiyimiz kimi, Rusiyada yaşayan azərbaycanlı bloqer Hüseyn Həsənov Bakıda ticarət mərkəzlərindən birində fanatları ilə görüşüb.
“zirvetv.az ” xəbər verir ki, görüş zamanı izdihamla yanaşı, xoşagəlməz durum da yaşanıb.
Belə ki, səhnədə olan şəxslər Hüseyn Həsənov üçün ora toplaşan fanatları qayışla vurub. Bunun əks etdirən görüntülər sosial şəbəkədə yer alıb.
Qeyd edək ki, Azərbaycanda pandemiya şəraiti ilə əlaqadar qapalı məkanlarda maskadan istifadə tələbi var. Buna baxmayaraq, görüşdə buna əməl olunmayıb. Bundan başqa, qapalı məkanda insanların sıx toplanışı da sosial şəbəkələrdə müzakirələrə səbəb olub.