Azərbaycan milləti hər yerdə hörmətlə qarşılanır
Ümummilli lider Heydər Əliyev dəfələrlə öz həyatını riskə ataraq, öz həyatı bahasına belə olsa Azərbaycan xalqını qorumuşdur, xalqın ağ günə çıxması üçün əlindən gələni heç zaman əsirgəməmişdir.
Heydər Əliyev 1990-cı ilin 20 yanvarında sovet qoşunlarının Bakıda törətdiyi qanlı faciə ilə əlaqədar Azərbaycanın Moskvadakı nümayəndəliyində bəyanatla çıxış edərək, Azərbaycan xalqına qarşı törədilmiş cinayətin təşkilatçıları və icraçılarının cəzalandırılmasını tələb etmişdir. Ulu Öndər Dağlıq Qarabağda yaranmış kəskin münaqişəli vəziyyətlə bağlı SSRİ rəhbərliyinin ikiüzlü siyasətinə etiraz əlaməti olaraq, 1991-ci ilin iyulunda Sovet İttifaqı Kommunist Partiyasının sıralarını tərk etmişdir.
Ümummilli Lider Heydər Əliyev 3 oktyabr 1993-cü il tarixində, şəffaf və ədalətli keçirilən seçkilər zamanı Azərbaycan xalqı tərəfindən yüksək səs çoxluğu ilə Azərbaycan Respublikasının Prezidenti seçildikdən sonra, Azərbaycan Respublikasının ümumbəşəri demokratik dəyərləri özündə əks etdirən Konstitusiyasının qəbul edilməsi, çoxpartiyalılıq əsasında demokratik parlament seçkilərinin keçirilməsi, Konstitusiya məhkəməsinin fəaliyyətə başlaması, Azərbaycanda ölüm cəzasının ləğv olunması, Azərbaycanda hüquqi dövlətin yaranması, sabit və sosialyönümlü iqtisadiyyatın olması kimi bir çox böyük işlərin həyata keçirilməsinə nail olmuşdur. Ümummilli Lider Heydər Əliyev şanlı, şöhrətli, güclü, qüdrətli Azərbaycan Respublikası yaratmağı bacarmışdır. Ulu Öndər Heydər Əliyevi təkcə Azərbaycanda deyil bütün dünyada tanıyırlar. Ölüm hökmünün ləğv edilməsi, demokratik dövlət üçün əsas meyarlardan biridir, ABŞ-nın bir çox ştatlarında, hələ də ölüm hökmü qüvvədədir, bununla belə ABŞ özünə demokratik dövlət deməkdən çəkinmir.
Hərkəsə məlumdur ki, xalqına böyük qələbə yaşatmış Müzəffər Prezident, Ulu Öndərin layiqli davamçısı İlham Əliyev dünyada yüksək nüfuza sahib liderdir. Azərbaycan dövlət rəhbərinin belə yüksək nüfuza sahib olması, bütün dünya azərbaycanlılarına qarşı, digər millətlər tərəfindən xarici ölkələrdə hörmətlə yanaşılmasına səbəb olmuşdur.
Şanlı Qələbədən sonra, artıq 2 (iki) ilə yaxındır ki, dünya azərbaycanlıları tamamiylə fərqli şəkildə gündəlik həyatını yaşayırlar, qürurlu, alnı açıq və çox pozitivdirlər. Belə yüksək əhval-ruhiyyələri, onların şəxsi həyatında müsbət irəliləyişlərə daha asan, daha tez nail olmalarına böyük kömək edir. Bəzi hallarda şahidi, bəzi hallarda isə eşitdiklərimizə əsasən həqiqətən görürük ki, Azərbaycan millətinə qarşı dünyanın hər yerində hörmətlə yanaşılır, Azərbaycan milləti hər yerdə hörmətlə qarşılanır. Sirr deyil ki, bu uğur Prezident İlham Əliyevin rəhbərliyi altına qazanılmışdır. Tarix boyu qaliblərə həmişə rəğbət, sevgi, maraq olubdur, bu gün dünya azərbaycanlıları özünə qarşı bu sevginin, marağın şahididir. Məğlublara isə heç zaman, heç kimsə haqq qazandırmır.
Azərbaycan müharibəni, müharibə şərtlərinə tam əməl edərək qazanmışdır, bu diqqət ediləsi məqamdır. Qanunsuz yollarla, cığallıqla qalib gəlmək asandır, necə ki, belə saxta qalibiyyətə birinci qarabağ savaşında Ermənistan tərəfi nail olmuşdur.
Cənab Prezident İlham Əliyevin tapşırığına əsasən Ordumuz tam vicdanlı, ləyaqətli müharibə aparmış və qələbə qazanmışdır. Bu çox önəmli məqamdır. Biz dəfələrlə şahid olmuşuq Azərbaycan əsgər və zabitinin necə ləyaqətlə savaşdığına. Ancaq təəssüflər olsun ki, Ermənistan ordusu müharibə şərtlərini tez-tez, dəfələrlə pozaraq, müharibə aparan ölkə kimi yox, terrorçu ölkə kimi yadda qalmışdır.
Prezident İlham Əliyevin məhşur sözü var: Ləyaqət qələbədən vacibdir. Bu gün bütöv Azərbaycan xalqı bu prinsiplə yaşayır, o üzdən biz əgər hər hansısa sahədə qələbə qazanarıqsa, kimsənin o qələbənin şəffaflığına zərrə qədər də olsa şübhə ilə yanaşmağa haqqı yoxdur.
Mircalal Mehdiyev
Yeni Azərbaycan Partiyası Gənclər Birliyinin üzvü.