Vətən müharibəsi qazisinin evi yanıb külə döndü

Sosial
27 Mrt 2022
11:44
Qəbələdə Vətən müharibəsi qazisinin evi yanaraq kül olub.

“zirvetv.az _ın əldə etdiyi məlumata görə, hadisə martın 23-də, şəhərin Əhmədağa Bağırov küçəsində qeydə alınıb.

Belə ki, Əliyev Xalis Vahid oğluna məxsus evdə gecə saatlarında yanğın baş verib. Yanğın nəticəsində üçotaqlı ev əşyaları ilə birgə külə dönüb.

Beş nəfərdən ibarət ailə müvəqqəti olaraq qohumlarının evində məskunlaşıb. Ailə evlərinin bərpası üçün aidiyyəti qurumlardan kömək istəyir.


Qeyd edək ki, Vətən müharibəsi iştirakçısı olan Xalis Əliyev, Prezident İlham Əliyevin sərəncamı ilə “Cəsur döyüşçü” medalı ilə təltif olunub.

Xatırladaq ki, baş verən yanğının görüntülərini "Qəbələ TV" yayımlayıb.