Novruz şənlikləri keçiriləcək məkanlarda müayinələr aparıldı

Sosial
19 Mrt 2022
16:45
Novruz şənlikləri keçiriləcək qapalı və açıq məkanlarda yanğın təhlükəsizliyi tələblərinin təmin olunması ilə bağlı operativ yanğın-texniki müayinələr keçirilib.

“zirvetv.az.” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Belə ki, müayinələr zamanı ilk növbədə tədbir keçiriləcək məkanlarda yanğın mühafizə sistemlərinin mövcudluğuna, sazlığına, yanğına qarşı su təsərrüfatının, ilkin yanğınsöndürmə vasitələrinin işlək vəziyyətdə olmasına, fövqəladə hal zamanı insanların təxliyəsinin düzgün təşkili imkanlarına diqqət yetirilib.

Fövqəladə Hallar Nazirliyi bayram şənlikləri zamanı yanğın təhlükəsizliyi qaydalarına ciddi əməl olunmasının vacibliyini bir daha xatırladır.