Səfirliyin maşını ilə sərxoş halda qəza törətdi

Sosial
20 Şub 2022
12:44
Bakının Nərimanov rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

“zirvetv.az ” APA-ya istinadən xəbər verir ki, “Hyundai” markalı avtomobilin sürücüsü orta yaşlı qadın piyadalar üçün müəyyən edilmiş hissədən keçərkən onu vurub.

Qadın ağır xəsarət alıb. Hadisə yerinə Nərimanov Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Polisin verdiyi məlumata görə, hadisəni törədən sürücü Rusiya səfirliyinin əməkdaşıdır. O, sükan arxasında sərxoş vəziyyətdə olub. Buna görə də sürücü sərxoşluğun müayinəsi məntəqəsinə aparılıb.