Bu yollarda hərəkət müvəqqəti məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar olaraq Yasamal rayonu Bəsti Bağırova küçəsi və Əbdülvahab Salamzadə küçəsinin yan yolunda avtonəqliyyat vasitələrinin hərəkəti müvəqqəti məhdudlaşdırılacaq.
“zirvetv.az ” xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Qeyd olunub ki, Əbdülvahab Salamzadə küçəsinin yan yolunda (Ceyhun Səlimov küçəsindən Tbilisi prospektinə qədər olan istiqamət üzrə) məhdudlaşma 19 fevral saat 09:00-dan axşam saat 21:00-dək, Bəsti Bağırova küçəsində isə 19 fevral səhər saat 9:00-dan 20 fevral saat 20:00-a qədər davam edəcək.
“Sürücülərdən aparılan işlərə anlayışla yanaşmaları, öncədən hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmələri xahiş olunur”, - məlumatda deyilir.