Yolu keçmək istəyirdi, maşın vurdu

Sosial
16 Şub 2022
08:06
Ağsuda yolu keçmək istəyən piyadanı maşın vurub.

“zirvetv.az ” xəbər verir ki, hadisə şəhərin Vidadi küçəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan 90-RL-100 nömrə nişanlı “Land Crusier” markalı avtomaşın yolu keçmək istəyən piyada 1957-ci il təvəllüdlü rayon sakini Rauf Qarxun oğlu Mütəllimovu vurub.

Yaralı dərhal Ağsu Rayon Mərkəzi Xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüb.

Faktla bağlı araşdırma aparılır.