Təxirə salınan konserti üçün 300 min xərclədiyini açıqladı

Sosial
19 Mrt 2021
11:52
Xalq artisti Röya Ayxan Bakı Konqres Mərkəzində keçirilməsi nəzərdə tutulan, lakin təxirə salınan 4 günlük “Nazlı” adlı konsertinə 300 min manat xərcləyib.

“Zirvetv” xəbər verir ki, müğənni bu barədə “MTV Xəbər”ə açıqlamasında bildirib. Xalq artisti qeyd edib ki, pandemiyadan sonra konsertləri baş tutacaq:

“Konsertlərim pandemiyadan sonra mütləq olacaq. Bileti qaytarmaq istəyə də bilərlər. Mən hər gün üçün 80 min manat vermişəm. İşıq, arenda və s… Ümumi 300 min ödəmişəm. Bu konserti etməliyəm. Narahat olmayın, daha da möhtəşəm bir şəkildə baş tutacaq”.

Sənətçi “Sənə qədər” mahnısının tarixçəsi barədə də danışıb: “Hansısa mahnını ifa edəndə elə düşünürlər ki, kiməsə həsr etmişəm, öz həyatımdan oxumuşam. Xeyr, belə deyil. 17 yaşımda “Söylə”ni oxumuşam. O vaxt sevgi barədə o qədər də anlayışım yox idi. İlk sevgim oğlumun atasına (iş adamı Anar Cəlilov- red.) olub.

Bir qadın kişini çox sevməlidir ki, ondan övlad dünyaya gətirsin. “Sənə qədər” mahnısını sevib övlad dünyaya gətirən qadınlar üçün oxumuşam”.