Tanınmış konditer-texnoloq Bəhruz Qəlbinur yeni yaşında
Hər zaman kulinariyamızın təbliğatçısı kimi tanınan ustad Bəhruz Qəlbinurun doğum gününüdür. O, bu gün 47 yaşını qeyd edir.
Ömrünün çox ilini kulinariya sahəsinə, yeniliklərə, yeni nəslə təbliğ etməyə həsr etmiş Bəhruz Qəlbinur milli kulinariya mədəniyyətimizin qorunub saxlanılması, inkişafı və təbliğində böyük xidmətlər göstərib.
Böyük layihələrə imza atan ustad-sənətkarın çoxlu tələbələr yetişdirərək, ölkənin kulinariya sahəsinin daha da püxtələşməsində özünəməxsus xidmətləri var. Bu günə kimi təmənnasız olaraq kimsəsiz, köməksiz bir çox gənclərə dəstək olaraq bu peşənin sirrlərini öyrədib, işlə təmin olunmasında dəstək olub.
Konditer-texnoloq Bəhruz Qəlbinur daxilən zəngin xarakteri, geniş yaradıcılıq qabiliyyəti, istedadı, rəssamlığı, xeyirxahlığı, zəhmətkeşliyi, fərqli ideyaları ilə hər zaman seçilib.
Qeyd edək ki, Bəhruz Qəlbinur tanınmış kulinar olmaqla yanaşı, konditer-texnolog sənətinin fədaisi, peşəsinin mahir bilicisi və bu sahənin təbliğatçısı kimi də tanınır. O, Azərbaycan milli və dünya kulinariya sənətinin inkişafında, qorunmasında, dünyadakı təbliğatında və praktikada tətbiqində müstəsna xidmətlərə malik azərbaycanlı mütəxəsislərdəndir.