Nəsimi rayonunda yaşayan 2000-ə yaxın ailəyə sovqatlar verilib

Sosial
19 Mrt 2021
11:01
Nəsimi rayon İcra Hakimiyyətinin məsul əməkdaşları müntəzəm olaraq Şəhid ailələri, əlillər və aztəminatlı ailələrin problemləri ilə maraqlanır, qaldırdıqları məsələlərin həlli ilə əlaqədar operativ tədbirlər həyata keçirilir.

Novruz bayramı ərəfəsində rayon ərazisində yaşayan Vətən Müharibəsi Şəhid Ailələri və yaralılar RiH-nin rəhbərliyi və məsul əməkdaşları tərəfindən ziyarət olunub, onlara maddi yardım və bayram sovqatları çatdırılıb.

Bayram münasibətilə rayon ərazisində yaşayan 2000-ə yaxın aztəminatlı ailəyə də ərzaq bağlamaları verilib.