2005-ci ildə baş leytenant idi, dünən general-leytenant oldu

Sosial
28 Ara 2021
08:00
Xəbər verdiyimiz kimi, ötən gün Prezident İlham Əliyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin hərbi qulluqçularına ali hərbi rütbələrin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, üç hərbçiyə general-leytenant, bir polkovnikə isə general-mayor ali hərbi rütbəsi verilib.

“zirvetv.az_ın məlumatına görə, rütbəsi artırılaraq general-leytenant olan hər üç yüksək rütbəli zabit SHÇDX-in rəisi, general-polkovnik Arzu Rəhimovun müavinləridir.


Bunlar general-leytenant Şahverdiyev Mayıl Seminar oğlu, general-leytenant Abdullayev Zaur Qasım oğlu və general-leytenant Mirzəyev Yusif Həsən oğludur.

Məlumat üçün bildirək ki, Mayıl Şahverdiyev Arzu Rəhimovun müavini təyin olunmazdan öncə SHÇDX-in Göygöl rayon şöbəsinin rəisi olub. O, xidmət rəisinin müavini vəzifəsinə 2017-ci ilin oktyabrında gətirilib. 2018-ci ildə isə Prezidentin sərəncamı ilə general-mayor ali hərbi rütbəsi alıb.

Fotoda general-leytenant Mayıl Şahverdiyev

General-leytenant rütbəsinə ən tez yüksələn Zaur Abdullayevdir. O, 16 il öncə, yəni 2005-ci ildə Dövlət Sərhəd Xidmətinin baş leytenantı olub. Həmin ildə də “Hərbi xidmətlərə görə” medalı ilə təltif olunub. 2012-ci ildə isə polkovnik rütbəsinə yüksəlib və Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini təyin edilib. İki il sonra Arzu Rəhimovun birinci müavini olub. Bundan bir il sonra general-mayor rütbəsini alıb.

Fotoda general-leytenant Zaur Abdullayev



General-mayor rütbəsinə yüksələn Çingiz Kiçibəyov isə xidmətin Suraxanı rayon şöbəsinin rəsidir. O, daha əvvəl Quba və Sabunçu rayonlarında da eyni vəzifədə çalışıb.