FHN Bərdədəki yanğınla bağlı məlumat yaydı

Sosial
19 Ara 2021
09:48

Fövqəladə Hallar Nazirliyi ötən gecədə Bərdədə obyektlərdə baş verən yanğınla bağlı məlumat yayıb.

FHN-dən “zirvetv.az_a"verilən məlumatda bildirilir ki, Bərdə şəhərində ümumi sahəsi 500 m² olan bir dam altında tikilən müxtəlif təyinatlı obyektlərdən (avtomobil təmiri sexi, avtomobil ehtiyat hissələrinin satışı mağazası, ərzaq və ayaqqabı mağazası) ibarət tikilinin dam örtüyünün yanar konstruksiyaları 126 m² sahədə yanıb.


Yüksək temperaturdan ayaqqabı mağazasının lambirindən ibarət tavanı 24 m² sahədə əriyib.

FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının geniş əraziyə yayılmasının qarşısı alınıb, yanğın söndürülüb.

Tikilinin qalan hissəsi yanğından mühafizə olunub