Məhkəmə Ata Abdullayevlə bağlı qərar verdi

Sosial
14 Mrt 2021
20:08
Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan özünü videobloqer kimi təqdim edən Ata Abdullayev barəsində həbs qərarı verilib.

"ZirveTv"nun verdiyi xəbərə görə, dünən axşam saatlarında DTX-nin İstintaq orqanının vəsatəti əsasında prokuror məhkəməyə təqdimat verərək A.Abdullayevin 4 ay müddətinə həbs edilməsini istəyib.

Səbail rayon məhkəməsinin hakimi Mədinə Bağırova istintaqın təqdimatını təmin edərək Ata Abdullayev barəsində 4 ay müddətinə həbs qətimkan tədbiri seçib.