Azad edilmiş ərazilərə daha bir səfər olacaq

Sosial
14 Mrt 2021
17:52
Xəbər verdiyimiz kimi, ötən gün media orqanları, QHT rəhbərləri, bloqerlər və ictimai fəallar işğaldan azad edilmiş Ağdam rayonunda səfərdə olublar.

"Zirvetv"nin məlumatına görə, geniş heyətlə azad olunmuş ərazilərə daha bir səfər planlaşdırılır. Bu dəfə həmin səfərə Ağdama aparılan heyətdə yer almayan və bunu narazılıqla qarşılayan media nümayəndələri və ictimai fəallar aparılcaq. Səfərin hansı tarixdə baş tutacağı hələlik bəlli deyil.

Qeyd edək ki, Ağdama təşkil olunmuş səfərdə media və QHT nümayəndələri, ictimai fəallardan ibarət 150 nəfər iştirak edib.