Ana övladını küçədə yatmağa məcbur edir?

Sosial
23 Kas 2021
13:23
Tovuzda gecə saatlarında bir qadın və azyaşlının küçədə çəkilən görüntüləri müzakirələrə səbəb olub.

“zirvətv.az” xəbər verir ki, həmin fotonun rayonun Yusif Sadıqov küçəsi ilə Əhməd Cavad küçəsinin kəsişməsində çəkildiyi bildirilir. İlkin məlumata görə, şəkildəkilər ana və övladdılar.

Qadının əqli problemləri olduğu, buna görə də uşağı küçədə gecələməyə məcbur etdiyi iddia edilir. Məlumata görə, qadın gecə saat 02-03 radələrində azyaşlı övladını küçəyə gətirir, üstünü örtərək özü evinə gedir.

Həmçinin oxuyun: “Bravo”da film kimi cinayət - Planı kassir qurub

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ilə əlaqə saxladıq. Qurumun Mətbuat xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov saytımıza açıqlamasında bildirdi ki, hazırda məsələ polisin nəzarətindədir və görüntü ilə bağlı araşdırma aparılır.