Bu ölkələrdən idxala qadağa qoyuldu

Sosial
17 Kas 2021
09:01
Çin Xalq Respublikasının Çinhay əyalətində və İordaniya Haşimi Krallığının Amman inzibati ərazi vahidində dabaq xəstəliyi, Norveç Krallığının Roqaland inzibati ərazi vahidində, Niderland Krallığının Qroninqen əyalətində, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya vilayətində və İngiltərənin Qərbi Midland regionunda yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.

AQTA-dan “zirvetv.az_a" verilən məlumata görə, respublika ərazisinin başqa ölkələrdən keçə biləcək yoluxucu heyvan xəstəliklərindən qorunması məqsədilə Çin Xalq Respublikasının Çinhay əyalətindən və İordaniya Haşimi Krallığının Amman inzibati ərazi vahidindən diri heyvanların, heyvan mənşəli məhsulların və xammalın idxalına, həmçinin, tranzit daşınmasına, Norveç Krallığının Roqaland inzibati ərazi vahidindən, Niderland Krallığının Qroninqen əyalətindən, Almaniya Federativ Respublikasının Meklenburq-Ön Pomeraniya vilayətindən və İngiltərənin Qərbi Midland regionundan diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının, quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına, habelə qeyd olunan ölkələrin həmin inzibati ərazi vahidlərindən Azərbaycan Respublikasının ərazisindən diri quşların tranzitinə müvəqqəti məhdudiyyət tətbiq olunub.

Eyni zamanda, nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə habelə Çin Xalq Respublikasından, İordaniya Haşimi Krallığından, Norveç Krallığından, Niderland Krallığından, Almaniya Federativ Respublikasından və İngiltərədən gələn, yaxud tranzitlə keçən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət olunub.