Qurumlar istilik mövsümünə hazırdır?

Sosial
15 Kas 2021
10:36
Azərsu” ASC tərəfindən “Azəristiliktəchizat”a məxsus həm məhəllədaxili, həm də mərkəzi istilik məntəqələri su ilə təmin olunur və təminatda heç bir problem yoxdur”.

“zirvetv.az ” xəbər verir ki, bunu REAL TV-yə açıqlamasında “Azərsu” ASC-nin mətbuat xidmətinin rəhbəri Anar Cəbrayıllı istilik mövsümünün başlanması ilə əlaqədar danışarkən deyib.

O bildirib ki, əhalinin, digər sənaye və turizm obyektlərinin su təminatında vəziyyət normaldır: “Ümumiyyətlə “Azərsu” ASC avqustdan başlayaraq qışa hazırlıq proqramı çərçivəsində həm içməli, həm də tullantı suları ilə bağlı lazım olan işləri görüb. Bura texniki qurğuların, nasos stansiyalarının yoxlanılması və təmir-bərpa işlərinin aparılması daxildir. Kanalizisiya və kollektor xətlərinin, bacaların yuyulması, yağış barmaqlıqlarının təmizlənməsi prosesi mütəmadi olaraq həyata keçirilir. Eyni zamanda, biz artıq yay mövsümünə hazırlaşmağa başlamışıq. Bilirsiniz ki, bu mövsümdə əhaliyə yüksək təzyiqlə su verilir. Ona görə də magistral xətlərimizdə ehtiyac olduğu halda təmir işləri həyata keçiriləcək”.

“Azəriqaz” İB-nin mətbuat xidmətinin rəhbəri Eldəniz Vəliyevin sözlərinə görə isə, qurum tərəfindən bütün fəsillərdə boruların yenilənməsi və təmir olunması prosesi gedir: “Havaların tədricən soyuması ilə əlaqədar qaza olan təlabatın artmasına gəlincə isə, bu müəyyən mənada təzyiqin aşağı düşməsi prosesi ilə müşahidə olunur. Birliyin əməkdaşları mütəmadi olaraq həmin təzyiqlərə fikir verir və onların artırılma prosesi həyata keçirilir. Beləliklə də, qazın təzyiqində heç bir problem yaranmır. “Azəriqaz” İB tam olaraq qış mövsümünə hazırdır”.