<script async src="https://pagead2.googlesyndication.com/pagead/js/adsbygoogle.js?client=ca-pub-3924654375730748"crossorigin="anonymous"></script>

Sosial
4 Kas 2021
09:03
Bu ilin oktyabrın əvvəlində Rusiyanın verdiyi beynəlxalq order əsasında Monteneqroda saxlanılan və siyasi sığınacaq aldıqdan sonra istintaq təcridxanasından sərbəst buraxılan azərbaycanlı iş adamı Telman İsmayılovun yeni fotosu yayılıb.

“zirvetv.az ” xəbər verir ki, fotonu jurnalist Eynulla Fətullayev özünün feysbuk hesabında paylaşıb.

Bu, AST Telmanın azadlığa çıxdıqdan sonra yayımlanan ilk fotosu olub.


“Telman İsmayılovla Qarabağın azad olunmasının 1 illiyini qeyd edirik. Telman müəllimin evi Azərbaycanın bayraqları ilə bəzədilib”, - deyə E.Fətullayev şəklə şərh bildirib.

Qeyd edək ki, İsmayılova qarşı 2017-ci ilin noyabrında 2 nəfər moskvalı iş adamının qətlinin sifarişi ittihamı ilə cinayət işi açılmış və İnterpol xətti ilə axtarışa verilmişdi.