Bakıda arvadını çəkiclə öldürmək istəyən şəxs tutuldu

Sosial
3 Kas 2021
11:06

Bakıda arvadını çəkiclə öldürmək istəyən şəxs tutuldu
12 Punto 14 Punto 16 Punto 18 Punto
25 oktyabr 2021-ci il tarixdə Binəqədi rayonu, Biləcəri qəsəbə sakini 1969-cu il təvəllüdlü Gülnarə Namazovaya xəsarətlər yetirilməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Binəqədi rayon prokurorluğundan zirvetv.az_a verilən məlumata görə, aparılmış araşdırmalarla zərərçəkmişin əri 1957-ci il təvəllüdlü Sərdar Namazovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Gülnarə Namazovanın baş nahiyəsinə çəkiclə çoxsaylı zərbələr vurvaraq onu qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd etmə) maddəsi ilə cinayət işi başlanıb.

Sərdar Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.