Yoluxanların sayı 700-ü keçdi

Sosial
13 Mrt 2021
16:53
Azərbaycanda bu gün koronavirus infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, 265 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

“Zurvetv” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Son sutkada 8 nəfər “COVID-19”dan vəfat edib.