Anar Kərimovdan vəfat edən direktorun yerinə - Təyinat

Sosial
13 Mrt 2021
16:51
Mədəniyyət Nazirliyində kadr dəyişikliyi olub.

“Zirvetv” xəbər verir ki, mədəniyyət naziri Anar Kərimovun əmri ilə Bakı Dövlət Sirkinə yeni direktor təyin edilib.

Əmrə əsasən, bu vəzifəyə Elmir Hüseynov təyinat alıb.

Faktı Mədəniyyət Nazirliyindən “Qafqazinfo”ya təsdiqləyiblər.

Qeyd edək ki, sirkin direktoru, Əməkdar mədəniyyət işçisi Vaqif Bağırzadə martın 7-də, 67 yaşında vəfat edib.