Göbələkdən zəhərlənənlər Bayram Nurlunun ailə üzvləridir - Bacısı oğlu da öldü

Sosial
20 Ekm 2021
09:39
Xəbər verdiyimiz kimi, Qaxda göbələkdən bir ailənin üzvləri zəhərlənib.

“zirvetv.az_ın " məlumatına görə, göbələkdən zəhərlənən rayonun Tasmalı kənd sakinləri özünü ekstrasens kimi təqdim edən Bayram Nurlunun qohumlarıdır.

Xəstəxanaya yerləşdirilən 1974-cü il təvəllüdlü Qasımov Mübariz İbrahimxəlil oğlu Bayram Nurlunun yeznəsinin qardaşıdır. Zəhərlənmədən dünyasını dəyişən 2009-cu il təvəllüdlü Qasımlı Murad isə Mübarizin oğludur.

Həmçinin oxu: Bir ailə göbələkdən zəhərləndi - 12 yaşlı uşaq öldü

Xəstəxanaya yerləşdirilən 2012-ci il təvəllüdlü Qasımzadə İbrahimxəlil Həbib oğlu isə Bayram Nurlunun bacısı oğludur. Əldə etdiyimiz məlumata görə, 9 yaşlı uşağın da həyatını xilas etmək mümkün olmayıb və o, gecə saatlarında yerləşdirildiyi xəstəxanada dünyasını dəyişib.