Füzulidə sərnişin avtobusu yandı

Sosial
17 Ekm 2021
10:32
Füzuli rayonunun Kərimbəyli kəndində “Daewoo” markalı sərnişin avtobusunun idarəetmə lövhəsi və salon hissəsi yanıb.

“zirvetv.az Füzulidə sərnişin avtobusu yandı” FHN-ə istinadən xəbər verir ki, avtobusun qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.