Goranboyda ağır qəza, ölən və yaralılar var

Sosial
10 Ekm 2021
07:45
Goranboyda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Zirvetv.az_ın "Goranboyda ağır qəza, ölən və yaralılar varxəbərinə görə, hadisə rayonun Xanqərvənd kəndi yaxınlığından keçən yolda qeydə alınıb.

Hərəkətdə olan "VAZ" markalı avtomobilin idarəetmədən çıxaraq maneəyə çırpılması nəticəsində 1986-cı il təvəllüdlü Pərvin Abbasov ölüb.

Avtomobildə olan onun ailəsinin digər iki üzvü xəsarət alaraq xəstəxanaya yeeləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.