Qarabağda radio açmaq istəyən iddiaçılar açıqlandı - Siyahı

Sosial
12 Mrt 2021
21:57
Bu gün Milli Televiziya və Radio Şurasının Qarabağda yeni regional radio kanalının açılması üçün 102,7 MHs işçi tezliyinə elan etdiyi müsabiqə üçün sənəd qəbulu başa çatıb.

“ZirveTv” xəbər verir ki, bu barədə MTRŞ məlumat yayıb.

Müsabiqə çərçivəsində yeddi iddiaçı Şuraya sənədlərini təqdim edib:

“Real Təhlil İnformasiya Mərkəzi” MMC;

“Caspian İnternational Broadcasting Company” MMC;

“Balans Studiyası” MMC;

“İNS ÇM” MMC;

“İsti Press” MMC

“Azad Azərbaycan” Müstəqil Teleradio kompaniyası

“ARB 24” MMC.

“Televiziya və radio yayımı haqqında” Qanuna əsasən, Milli Televiziya və Radio Şurası müsabiqəyə sənəd qəbulunun başa çatmasından sonrakı 30 gün ərzində iddiaçıların sənədlərini araşdırıb müsabiqənin nəticələri barədə qərar qəbul etməlidir.

Bizi Twitterdə izləyin