Qaydaları pozan 14 nəfər cərimələndi

Samux rayonu ərazisində təhlükəsizliyin təmin edilməsi, piyadaların maarifləndirilməsi məqsədilə reyd keçirilib.
Daxili İşlər Nazirliyindən “zirvetv.az_a" verilən məlumata görə, reyd zamanı piyada keçidlərindən istifadə etməyən şəxslər saxlanılıb və onlarla profilaktik söhbətlər aparılıb.
Polis əməkdaşlarının etdiyi xəbərdarlıqlara baxmayaraq, yolun piyadalar üçün nəzərdə tutulan hissəsindən keçməyən 14 nəfər barəsində müvafiq tədbir görülüb.