Zaqatalada müəssisə rəhbərliyi cərimələndi

Sosial
23 Eyl 2021
07:57
Zaqatala rayonu, Əliabad qəsəbəsində yerləşən “Həftə” bazarında fəaliyyət göstərən ət satışı yerlərində reydlər keçirilib.

“zirvetv.az Zaqatalada müəssisə rəhbərliyi cərimələndi” xəbər verir ki, bu barədə AQTA məlumat yayıb.

Bildirilib ki, reydlər zamanı ət satışının antisanitar şəraitdə və baytarlıq ekspertizası aparılmadan həyata keçirildiyi məntəqələr aşkar edilib.

Aşkar olunan faktla bağlı qanunvericiliyin tələbləri çərçivəsində müəssisə rəhbərliyi inzibati məsuliyyətə cəlb edilib.