Türkiyədə təlimdə iştirak edən hərbçilərin bir qrupu vətənə qayıtdı

Sosial
18 Eyl 2021
18:10
Azərbaycan ilə Türkiyə arasında illik hərbi əməkdaşlıq planına əsasən keçirilən “TurAz Şahini - 2021” birgə taktiki-uçuş təlimində iştirak edən Azərbaycan Hərbi Hava Qüvvələrinin bir qrup heyəti və aviasiya vasitələri Vətənə qayıdıb.

Bu barədə "zirvetv.az_a" Müdafiə Nazirliyindən məlumat verilib.


Qeyd edək ki, sentyabrın 1-dən 17-dək Türkiyə Respublikasının Konya şəhərində keçirilən birgə taktiki-uçuş təlimində qarşıya qoyulan bütün döyüş tapşırıqları hər iki ölkənin hərbi pilotları tərəfindən uğurla icra olunub.