Naxçıvandan Gəncəyə aviareyslər başladı

Sosial
17 Eyl 2021
07:11
Rusiyanın İRAERO aviaşirkəti tərəfindən Naxçıvan-Gəncə-Naxçıvan istiqaməti üzrə ilk reys həyata keçirilib.

“zirvetv.az Naxçıvandan Gəncəyə aviareyslər başladı” xəbər verir ki, ilk uçuşu sentyabrın 16-da həyata keçirilən bu reys həftədə bir dəfə cümə axşamı yerinə yetiriləcək.

Reysin uçuş müddəti 40 dəqiqədir. Naxçıvandan uçuş 16:10-da, Gəncədən isə 18-10-da baş tutacaq.

Bu reys üçün Naxçıvan şəhərində və Ordubad rayonunda yerləşən aviakassalardan bilet əldə etmək mümkündür.