Respublika toxum sərgi-satış yarmarkası öz işini yekunlaşdırdı
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyi və Dövlət Toxum Fondunun təşkilatçılığı ilə Azərbaycanın müxtəlif regionlarında toxum sərgi-satış yarmarkaları keçirilir.
“zirvetv.az

” xəbər verir ki, budəfəki sərgi-satış yarmarkası Xaçmaz KOB evinin qarşısında təşkil olunub.
Yarmarkada Aqrar Xidmətlər Agentliyinin müvafiq qurumları, Aqrar Kredit və İnkişaf Agentliyi, “Aqroservis” ASC, Azərbaycan Toxumçular Assosiasiyası, Əkinçilik, Tərəvəzçilik, Meyvəçilik Elmi-Tədqiqat İnstitutları, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) struktur bölmələri - həmçinin yerli toxum istehsalçıları toxum istehsalı və satışı ilə məşğul olan şirkətlər, fermerlər iştirak ediblər.
Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev bildirib ki, bu gün bu gün ölkə üzrə keçirilən sayca 6-cı yarmarkada 20-dən çox toxumçu fermer iştirak edir. Sərgi-satış yarmarkasında 30-dan çox sortun toxumu təqdim edilir. Yarmarkada Xaçmazdan olan fermerlərlə yanaşı Quba, Qusar, Siyəzən həmçinin digər rayonlardan olan fermer və toxumçular da təmsil olunurlar. Ümumiyyətlə isə ölkənin 6 regionunda keçirilən satış yarmarkaları istehsalçı ilə istehlakçı arasında birbaşa əlaqələrin qurulmasında, işgüzar görüşlərin keçirilməsində, fermerlərin sertifikatlı toxuma əlçatanlığının təmin olunmasında böyük əhəmiyyət kəsb edib.