Meksikada güclü zəlzələ

Sosial
8 Eyl 2021
09:56
Meksikanın Herrero ştatının Akapulko şəhərində 7,1 maqnitudalı zəlzələ olub.

Bu barədə “zirvetv.az Meksikada güclü zəlzələ” ölkənin Milli Seysmoloji Xidmətinə istinadən xəbər verir.

Onun məlumatına görə, yeraltı təkanların episentri Akapulkodan 14 kilometr cənub-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.

Meksikanın paytaxtında güclü zəlzələ barədə xəbərdarlıq sireni işə düşüb.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.