Gəncə terrorunda valideynlərini itirən Sevil də tələbə adını qazanıb

Sosial
5 Eyl 2021
08:38
Vətən Müharibəsində Ermənistan ordusu tərəfindən Gəncəyə atılan raket nəticəsində valideynlərini itirən uşaqlardan biri Sevil Əliyeva tələbə adını qazanıb.

"Zirvetv.az " xəbər verir ki, bu barədə məlumat sosial şəbəkələrdə yayılıb.

Məlumata görə o, Azərbaycan Dövlət Aqrar Universitetinin İqtisadiyyat fakültəsinə qəbul olub.

Qeyd edək ki, Sevil Əliyeva valideynlərini 11 oktyabr 2020-ci il tarixində itirmişdi