COVID-19 virusu bioloji silah kimi hazırlanmayıb” - ABŞ kəşfiyyatı
“COVID-19 virusu bioloji silah kimi hazırlanmayıb”
Sosial06:13Oxunma sayı: 500
ABŞ Kəşfiyyat Birliyi koronavirusun mənşəyi ilə bağlı 90 gün davam edən araşdırmanı başa çatdırıb və ölkə prezidenti Co Baydenə məruzəsindən bəzi hissələri dərc edib.
Bu barədə “zirvetv.az

” “RİA Novosti”yə istinadən xəbər verir.
“ABŞ Kəşfiyyat Birliyi bir sıra əsas məsələlər üzrə geniş razılığa gələ bildi. Biz hesab edirik ki, virus (COVID-19) bioloji silah kimi hazırlanmayıb. Əksər qurumlar az əminliklə SARS-CoV-2-nin genetik mühəndisliyin köməyi hazırlanmadığına inanırlar”, - ABŞ Milli Kəşfiyyatının direktorunun ofisinin saytında dərc edilmiş məruzədə deyilir.
Daha əvvəl “Washington Post” qəzeti ABŞ kəşfiyyatının Prezident Co Baydenə COVID-19-un mənşəyi haqqında məruzə təqdim etdiyini, lakin məruzədə aydın nəticələrin olmadığını bildirmişdi.