“YAŞAT” Fondunun rəhbəri: “Qazilərin istəkləri nəzərə alınır”
Elə qazilərimiz var ki, özəl xəstəxanada əməliyyat olunmaq istəyirlər. Bu cür vəziyyətlərdə qazilərin istəkləri nəzərə alınır.
Bu sözləri Korrupsiya.com-a açıqlamasında “YAŞAT” Fondunun rəhbəri Elvin Hüseynov deyib.
O bildirib ki, qazilərimizin pre-reabilitasiya müddəti ərzində psixoloji vəziyyətləri də nəzərə alınır:
“Həkimlər qazilərimizin vəziyyəti barədə müntəzəm olaraq bizə məlumatlar verirlər. Bununla yanaşı, qoyulan diaqnozlara əsasən qazilər üçün zəruri olan müalicə metodları barədə onlara məlumat verilir. Əgər qazilərimiz hansısa özəl xəstəxanada, hər hansı həkim tərəfindən əməliyyat olunaraq daha tez sağlamlıqlarına qovuşacaqlarına inanırlarsa, bu məqam nəzərə alınır. Biz həmin tibb müəssisəsi ilə müqavilə bağlayırıq və qazimizin həmin tibb müəssisəsində müalicəsini təşkil edirik.
Bu, müxtəlif cərrahi prosedurlar ola bilər. Məsələn, bura ayaq və qolda ağır zədələnmələr səbəbindən yaranan fəsadlar, ortopedik əməliyyatlar, bel nahiyyəsində əməliyyatlar və s. daxildir”.