Bu qardaşlığın daha da güclənməsində Heydər Əliyev mühüm rol oynayıb” - General Etibar Mirzəyev
Türkiyədə yanğınların söndürülməsində dəstəyə görə ötən gün Böhran İdarəetmə Mərkəzində Azərbaycan xalqına, xüsusilə Prezident İlham Əliyevə təşəkkürlərini bildiriblər".
"Zirvetv.az " APA-ya istinadən xəbər verir ki, bunu fövqəladə hallar nazirinin müavini, general-leytenant Etibar Mirzəyev deyib.
Nazir müavini bildirib ki, gəldikləri gündən etibarən yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınlara qarşı mübarizə aparıblar:
"Biz bura təkcə yanğın söndürmək üçün deyil, yeni dostluq və qardaşlıq səhifəsini yazmağa gəldik. Getdiyimiz bütün ərazilərdə bizə xüsusi doğmalıq göstərilib. Bizim Türkiyə ilə qədim dostluq və qardaşlığımız var. Bu qardaşlığın daha da güclənməsində Ümummilli lider Heydər Əliyev mühüm rol oynayıb, indi isə Prezident İlham Əliyev bu qardaşlıq tarixinin yeni səhifəsini yazır. Bizim buradakı fəaliyyətimiz Türkiyə dövləti və xalqı tərəfindən alqış və sevinclə qarşılanıb. Biz də Türkiyə xalqına və Prezident Rəcəb Tayyib Ərdoğana təşəkkürümüzü bildiririk".
Nazir müavini onu da qeyd edib ki, Prezident İlham Əliyevin Türkiyədə baş verən yanğınlarla bağlı Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) qarşısında qoyduğu vəzifələr tam olaraq icra edilib.
O qeyd edib ki, avqustun 12-də Muğla böhran mərkəzində keçirilən toplantıda yanğınların tam söndürülməsi haqqında rəsmi olaraq məlumat verilib: "Bu müddətdə yerli yanğınsöndürənlərlə çiyin-çiyinə yanğınların söndürülməsinə, soyudulmasına və ağacların kəsilməsinə nail olmuşuq. Bizim və yerli yanğınsöndürənlərin məqsədi yanğınların strateji və insanların məskunlaşdığı bölgələrə yaxınlaşmasının qarşısını almaq olub".