Çində daşqınlar 21 nəfərin həyatına son qoydu

Sosial
13 Ağu 2021
09:13
Çinin Hubey əyalətində daşqınlar nəticəsində azı 21 nəfər həyatını itirib, daha 4 nəfər itkin düşüb.

Bu barədə “zirvetv.az Çində daşqınlar 21 nəfərin həyatına son qoyduhÇində daşqınlar 21 nəfərin həyatına son qoydu” “Global Times” qəzetinə istinadən xəbər verir.

Onun məlumatına görə, təbii fəlakət Lülin şəhərində baş verib. Suyun səviyyəsi 3,5 metr, şəhərin bəzi ərazilərində isə 5 metr təşkil edib.

Daha əvvəl Meteoroloji Xidmət bildirmişdi ki, leysan yağışları cümə gününədək davam edəcək.

Bu ilin iyulunda Hubeyə qonşu olan Henan əyalətində daşqınlar nəticəsində 302 nəfər həlak olmuş, daha 50 nəfər itkin düşmüşdü