Bu gün vaksin vurulanların sayı açıqlandı

Sosial
24 Tem 2021
21:50
Bu gün Azərbaycanda koronavirus əleyhinə 55 286 vaksin vurulub.

“zirvetv.az ” xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.

Birinci mərhələdə peyvənd olunanların sayı 17 785, ikinci mərhələ üzrə 37 501 nəfərdir.

Ölkədə vurulan peyvəndlərin ümumi sayı 4 516 987, birinci mərhələ üzrə vaksin olunanların sayı 2 634 015, ikinci mərhələ üzrə isə 1 882 972 nəfər təşkil edir