Sədərək yenidən atəşə tutuldu

Sosial
20 Tem 2021
01:30
İyulun 19-u saat 20:50-də Naxçıvan Muxtar Respublikasının Sədərək rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun mövqeləri Ermənistan ərazisindən müxtəlif çaplı silahlardan yenidən atəşə tutulub.

“zirvetv.az Sədərək yenidən atəşə tutuldu” xəbər verir ki, bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Qarşı tərəfin susdurulması məqsədilə cavab atəşi açılıb.

Azərbaycan Ordusunun şəxsi heyəti arasında itki yoxdur.