ABŞ-da binanın çökməsi nəticəsində ölənlərin sayı 50-ni ötdü
ABŞ-ın Florida ştatının Mayami-Deyd dairəsinin Sörfsayd ərazisində 12 mərtəbəli binanın çökməsi nəticəsində ölənlərin sayı 54-ə çatıb.
“zirvetv.az ” TASS-a istinadən xəbər verir ki, bu barədə jurnalistlərə Mayami-Deyd dairəsinin başçısı Daniella-Livayn Kava bildirib.
“Gün ərzində xilasedicilər daha səkkiz nəfərin cəsədini dağıntıların altından çıxarmağa nail olublar”, - o deyib.
Kavanın sözlərinə görə, 86 nəfərin taleyi hələ də naməlum olaraq qalır.
Xatırladaq ki, çoxmərtəbəli yaşayış binası iyunun 24-nə keçən gecə çöküb.